SON XƏBƏRLƏR

Sudanın keçmiş Prezidentinin evində milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkarlanıb

2021.10.20, 07:36
Sudanın keçmiş Prezidentinin evində milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkarlanıb

Gunaz.tv

GünAz TV: Sudanın hərbi prokurorluğunun müstəntiqləri ölkənin keçmiş Prezident Ömər əl-Bəşirin evində milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkarlayıblar.

 

Bu barədə Sudanda çıxan “Ar-Ray Aləm” qəzeti yazıb.

 

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş Prezidentin qızının evindən 6 milyon avro, 351 min dollar, 5 milyard Sudan funtu (təxminən, 105 milyon dollar) aşkar edilərək müsadirə olunub. Bu pullar Sudanın Mərkəzi Bankına köçürülüb.

 

Qeyd edək ki, Sudanda ötən ilin dekabrında çörəyin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyalar cari il aprelin 11-də 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnib. "Report"

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar