SON XƏBƏRLƏR

Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamın ildönümündə kürd idmançının heykəlinin ucaldılması gərginlik yaradıb

2021.10.20, 07:36
Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamın ildönümündə kürd idmançının heykəlinin ucaldılması gərginlik yaradıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Sulduz şəhərində əhalinin kürd terror qruplaşmaları tərəfindən qətliam edilməsinin ildönümü günlərində şəhərdə kürd idmançının heykəlinin ucaldılması gərginlik yaradıb.

 

Heykəl öncədən elan olunmadan aprelin 16-da Sulduzun Qüds meydanında quraşdırılıb.

 

Sulduz Şəhər Şurasının üzvləri heykəlin hazırlanması və quraşdırılmasından xəbərsiz olduqlarını bildirib. Bəzi qeyri-rəsmi mənbələr isə Sulduz Şəhər Şurasının 7 üzvü və bələdiyyə başçısının şəhərin işlərinə müdaxilə edildiyi üçün istefa verdiklərini bildirib.

 

Heykəlin təxminən 3 ildir Üşnəviyyə Su və Kanalizasiya İdarəsinin rəisinin şəxsi həyətində saxlandığı bildirilir. Heykəlin 1979-cu il 20 aprel- qətliamının ildönümü günlərində ucaldılması xüsusi diqqət çəkir.

 

Deyilənlərə görə, Sulduzun keçmiş kürd kökənli millət vəkili Əbdulkərim Hüseynzadə sözügedən heykəlin hazırlanması üçün 350 milyon tümən vəsait ödəyib.

 

Sulduz əhalisi bundan əvvəl islam inqilabının birinci illərində Sulduzun kürd terror qruplaşmalarından azad edilməsində böyük rolu olan Qulamrza Həsəninin heykəlinin ucaldılmasını istəyib, lakin bu tələb müxtəlif bəhanələrlə məsullar tərəfindən rədd edilib.

 

Radikal kürdlər Qərbi Azərbaycana kürd kökənli vali (Məhəmməd Mehdi Şəhriyari) təyin olunduqdan sonra daha da aktivləşib. Azərbaycan şəhərlərində kürd kimliyini simvolizə edən heykəllərin artması, rəsmi orqanlarda həssas postlara kürdlərin təyin edilməsi, bölgədə kürd terror qruplaşmalarının fəallaşması və s. Güney Azərbaycanın qərb bölgəsinin kürdləşdirilməsi prosesinə xidmət edir. Bu məsələ azərbaycanlıların kəskin etirazına səbəb olsa da, rejim kürdləşdirmə prosesinə dəstək verdiyi üçün problemin həlli istiqamətində hər hansı irəlləyiş əldə edilməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar