İsveçin XİN başçısı: “PKK-ya dəstəyimizdən sonra Türkiyə ilə NATO barədə danışıqlar çətinləşib"

29.08.2022, 09:00

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Sol Partiyasını təmsil edən bəzi deputatların terrorçu PKK-nın bayraqları ilə fotolar çəkdirməsindən sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqlarının çətinləşdiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə “Aftonbladet” qəzeti xəbər verir.

“Sol Partiya deputatlarının terror təşkilatı PKK-nın bayrağını dalğalandırmasından sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqları çətinləşdi”, - nazir deyib.

"Türkiyə mediası bu və buna bənzər hadisələri davamlı olaraq gündəmə gətirir. İsveç qanunlarına əsasən deyirik ki, bu, ifadə azadlığıdır. Amma düşünürük ki, bu, hökumət üçün çox yersiz bir vəziyyətdir”, - Ann Linde vurğulayıb.

"İclas əvvəlcə İsveçdə olmalı idi, bəzi səbəblərə görə Finlandiyaya köçürüldü. Terrorizmlə mübarizədə daha sıx əməkdaşlıqla bağlı olan sazişin həyata keçirilməsi istiqamətində görülən işlərə nəzər salınıb”, - “Türkiyə, Finlandiya və İsveçin imzaladığı razılaşma çərçivəsində avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilən Daimi Ortaq Mexanizmin ilk iclasını dəyərləndirən Linde deyib.

Qeyd edək ki, Sol Partiyanın deputatları Daniel Riazat, Momodou Malkom Callou və Lorena Delqado Varas daha əvvəl Visbi şəhərində terror təşkilatı YPG/PKK-nı simvolizə edən bayraqlarla şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar.

Bundan sonra Baş nazir Maqdalena Andersson, terror təşkilatını simvolizə edən parçalarla poz verən Sol Partiya deputatlarını qınayıb.

Baş nazir 11 sentyabrda keçiriləcək ümumi seçkilərdən sonra terror təşkilatı PKK-nın bayrağını dalğalandıran Sol Partiya ilə müttəfiqliyi planlaşdırmadıqlarını bildirib. 

O, seçkidən sonra qurulacaq hökumətə toxunaraq Sol Partiya ilə əməkdaşlıq etməyəcəklərini vurğulayıb. "Terror təşkilatı bayrağının dalğalanması hökumətin xeyrinə deyil", - Baş nazir hələ bir neçə gün əvvəl belə bir xəbərdarlıqla çıxış edib. (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Suriyada daha bir SEPAH zabiti öldürüldü

2023-04-02

gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01