SON XƏBƏRLƏR

İsveç vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq etdi

2022.06.23, 17:16
İsveç vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq etdi

Gunaz.tv

“Təhlükəsizlik şəraitinə görə, İsveç Xarici İşlər Nazirliyi İrana səfəri tövsiyə etmir”-deyə, xəbərdarlıq bəyanatında bildirilib.

İsveç və İran arasında münasibətlər Həmid Nurinin Stokholm Cəza Məhkəməsi tərəfindən hərbi cinayətlər və İranda siyasi məhbusların kütləvi edam və işgəncələrində iştirak ittihamı ilə mühakimə olunmasından sonra gərginləşib.

İsveç isə İranın İnqilab Məhkəməsi tərəfindən casusluqda təqsirli bilinən əslən güney azərbaycanlı olan İsveç vətəndaşı professor Əhmədrza Cəlalini edam cəzasına məhkum etməsini pisləyib.

Bu günlərdə İranın İsveç və başqa Avropa ölkələrindən narazılıqları artıb və İran hökuməti öz vətəndaşının İsveçdə mühakimə olunmasından narazılığını müxtəlif yollarla bildirib.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu və təhlükəsizlik nazirliyi xüsusilə son illər onlarla ikili milli vətəndaşlığı olan iranlıları və əcnəbi vətəndaşı, çox vaxt casusluq ittihamı ilə həbs edib. 

Hüquq müdafiəçilərinin fikrincə, İran hökuməti bu şəxslərdən özünün siyasi istəklərini yerinə yetirmək, Qərbdə dondurulmuş pullarını almaq üçün təzyiq vasitəsi kimi istifadə edir.

Bununla yanaşı İran hökuməti xaricdə terror və casusluq ittihamı ilə bağlı həbsdə olan iranlıların azadlığa buraxılması müqabilində şərləyərək həbs etdiyi bu şəxslərdən istifadə edir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar