SON XƏBƏRLƏR

Təbrizin millət vəkili: "Urmu gölünü siyasi məsələlərin qurbanına çevirməyin"

2022.09.03, 08:33
Təbrizin millət vəkili: "Urmu gölünü siyasi məsələlərin qurbanına çevirməyin"

Gunaz.tv

O, başçılıq etdiyi qurumun vəzifəsinin gölün bərpası olmadığını, yalnız gölün bərpa işlərinin araşdırılması ilə bağlı məsuliyyət daşıdığını deyib, ekoloji problemin həlli ilə bağlı məsuliyyətdən yayınmağa çalışıb.

Təbrizin millət vəkili Urmu gölünün quruması və bərpa işlərinin reallaşmamasında dolayısı yolla Həsən Ruhani hökumətini günahlandırıb və gölün keçmiş məsulların yalan vədələrinin qurbanı olduğunu deyib.

Bundan bir müddət öncə Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan da Urmu gölünün siyasi oyunlar və hakimiyyət daxili qarşıdurmaların qurbanı olduğunu, bərpa işlərini iflic etdiyini bildirib.

O, İbrahim Rəisi dövründə gölün bərpası üçün heç bir iş görülmədiyini dediyi halda Ruhullah Mütəfəkkir Azad Həsən Ruhani dövründə bərpa işlərinin aparılmadığını iddia edir.

Bir müddətdir "mühafizəkar" və "islahatçı" qanadlar arasındakı qarşıdurma Urmu gölünün quruması mövzusu ətrafında baş verir və tərəflər bir-birlərini ekoloji fəlakətin qarşısını almamaqda ittiham edirlər.

Hər iki cərəyanın təmsilçilərinin dediklərindən Həsən Ruhani və İbrahim Rəisi hökumətlərinin Urmu gölünün bərpası ilə bağlı verdikləri vədlərin yalan olduğunu və ekoloji problemin həllinə ciddi səy göstərmədikləri bəlli olur.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar