"Bütöv Azərbaycan olacaq"-Əhməd Obalı

04.12.2022, 16:46

“Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir ki, o torpaqlara gələ bilmirəm. Ancaq zaman yaxınlaşır. Xudafərin körpüsü bir xalqı ayırmaq üçün tikilməyib, Arazın o tay və bu tayındakı bir xalqı birləşdirib”.

Gunaz.tv Quote | Gunaz article

Bunu bu gün Cəbrayıla səfəri zamanı Xudafərin körpüsünü ziyarət edən Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı bildirib.

Əhməd Obalı deyib ki, uzun müddət Xudafərin körpüsü "Həsrət körpüsü" adı alsa da, indi bu xalqı birləşdirəcək körpüyə çevrilir: “30 milyon Cənubi azərbaycanlının ən elementar hüquqları pozulmaqdadır. 

1925-ci ildən Pəhləvi sülaləsi Cənubi Azərbaycanı idarə etməyə başlayandan assimilyasiya siyasəti həyata keçirilir. 42 il əvvəl İranda İslam Respublikası qurulanda ümid edirdik ki, biz də bərabər hüquqlara malik olacağıq. 

Ancaq bundan sonra bizə qarşı təzyiqlər, zülm qat-qat artdı. Xudafərinin bu tayına baxırıq, Azərbaycan torpaqları erməni vandalizminə məruz qalıb. 

Amma Arazın bu tayı işğaldan azad edilib, indi Arazın o tayının azadlığının zamanı gəlir. Azərbaycan Prezidenti İlham Əliyevin son üç çıxışında Cənubi Azərbaycanda xalqın hüququnu müdafiə yönündə mesajları Cənubi Azərbaycanda yaxşı qarşılanıb. Mən Arazın o tayına keçə bilməsəm də, bu barədə dəqiq məlumatım var.

Xalqımız mesajı alıb, azadlığı uğrunda hərəkata başlayıb. 

Arzu edək ki, qısa müddətdə bu Xudafərin körpüsü açılsın, bu yollar da azad olunsun, körpünün o tayında da, bu Azərbaycan bayrağı dalğalansın. Birində Cənubi Azərbaycan, birində Şimali Azərbaycan bayrağı dalğalanacaq, sonra da Bütöv Azərbaycan olacaq. Biz bu ümidlə yaşayırıq. 

Prezident İlham Əliyev dəfələrlə deyib ki, 50 milyon azərbaycanlının Prezidentidir. Prezident İlham Əliyevə inanırıq. Prezident İlham Əliyev nə zaman nə dediyini yaxşı bilir. 

Prezidentin mesajından sonra arzumuz artıb, birləşəcəyik. Ermənistana, ermənilərə o qədər yardımdan sonra o zülmün artıq sonu çatacaq. Prezidentimizə bir cənublu olaraq mən də təşəkkür edirəm. 30 ildən sonra torpaqlarını azad edən Şimali Azərbaycan bizi unutmadı, biz buna görə çox sevinirik”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda Universitet müəllimləri işdən qovulur

2023-02-06

gun az article

Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

2023-02-06

gun az article

"Avropa İran məsələsində İsraillə uzlaşmaya yaxınlaşıb"-Netanyahu

2023-02-06

gun az article

İsrail Türkiyəyə yardım ayırdı

2023-02-06

gun az article

İranda məcburi hicab qaydaları sərtləşdirilir

2023-02-06

gun az article

Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb, 639 nəfər yaralanıb

2023-02-06

gun az article

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib: "Hər zaman Türkiyənin yanındayıq"-FOTO

2023-02-06

gun az article

Azərbaycan Prezidentinin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir

2023-02-06

gun az article

İlham Əliyev Ərdoğana başsağlığı verib

2023-02-06

gun az article

Türkiyədə 7.4 bal gücündə zəlzələ olub, 284 nəfər ölüb, minlərlə yaralı var

2023-02-06

gun az article

İsrail İranda üç min hərbi hədəf müəyyən edib

2023-02-06

gun az article

Rusiya ilə İran birgə PUA istehsal edəcəklər

2023-02-06

gun az article

Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

2023-02-05

gun az article

Hulusi Akar: “Ermənistan verilən fürsətdən istifadə etməlidir”

2023-02-05

gun az article

İstanbulda İŞİD-in 15 tərəfdarı saxlanılıb

2023-02-05

gun az article

Xankəndi-Laçın yolunda aksiyanın 56-cı günü: etirazçıların fəallığı gündən-günə artır

2023-02-05

gun az article

Əfqanıstanda prezident sarayının yaxınlığında partlayış olub

2023-02-04

gun az article

Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar

2023-02-04

gun az article

ABŞ müsadirə etdiyi Rusiya aktivlərini ilk dəfə Ukraynaya verdi- CNN

2023-02-04

gun az article

Beynəlxalq Şəffaflıq Təşkilatı İranla bağlı hesabat yaydı

2023-02-04