“Atabay” filminin rejissoru azərbaycanlılara təşəkkür edib

28.12.2021, 13:41

O, filmin belə qarşılanmasından sevindiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Türkcə “Atabay” filminin rejissoru niki Kərimi filmin azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanmasından sevindiyini deyib və azərbaycanlılara təşəkkürünü bildirib.

O, jurnalistlərin, “filmin çəkilməsi üçün niyə Azərbaycan bölgəsini və türk dilini seçdiniz?” sualına cavab olaraq “düşünürdüm ki, ölkədə müxtəlif bölgələr var və mən yenilik axtarır, yeni bir dünyaları təcrübə etmək istəyirdim. Türkcəni sevirəm və hər zaman onun səslənişi məndə xoş təəssürat yaradıb”-deyə, cavab verib.

“Ölkədə müxtəlif bölgələri araşdırdım. Ancaq hiss etdim ki, Azərbaycan şeirləri və musiqisi məni daha çox cəlb edir. Buna görədə filmi Azərbaycanda və türk dilində çəkməyi qərara aldım. İndi çox sevinirəm ki, azərbaycanlılar filmi bəyənib və rəğbətlə qarşılayıblar”-deyə, “Atabay” filminin rejissoru bildirib.

Qeyd edək ki, “Atabay” filmi ekranlara çıxarıldıqdan sonra, Urmu. Təbriz, ərdəbil, Zəncan və başqa şəhərlərdə əhalinin geniş rəğbəti ilə qarşılanıb.

Noyabrın son həftəsində türk dilində olan film bilet satışı səviyyəsinə görə, 807,000,000 milyon tümən satışla İranda üç filmdən biri olub.

“Atabay” ekranlara çıxarılandan bu günə kimi qısa müddət ərzində 3,297, 000,000 milyard tümən bilet satışı güney azərbaycanlıların və İranda yaşayan türklərin filmi rəğbətlə qarşılamalarının nəticəsidir.  

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi olan Hadi Hicazifərin doğulduğu Xoy şəhərinin yaxınlığında çəkilib.

Əsas süjet xətti romantik münasibətlər haqqında olan filmdə H.Hicazifər eyni zamanda baş rolda çəkilib.

Uğursuz sevgi hekayəsi və ailə daxili mənfi hadisələr nəticəsində tək qalan Kazım yeni bir sevgi hekayəsinə qədəm qoyur.

"Atabay" filmi ilk dəfə 38-ci Fəcr Beynəlxalq Kinofestivalında ekranlara çıxıb və 5 müxtəlif nominasiyaya təqdim edilib.

Film güneyli rejissor Niki Kəriminin ən yaxşı əsəri kimi tanınır.

"Atabay" filmi İranın ilk kino jurnalı olan və kino tənqidçilərinin jurnalı kimi tanınan aylıq “Film” jurnalı tərəfindən 38-ci Fəcr kinofestivalının ən yaxşı əsəri kimi seçilib.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24