SON XƏBƏRLƏR

İtaliyalı səyyah: "Qarabağda aparılan bərpa işlərinin sürəti valehedicidir"

2022.02.18, 05:53
İtaliyalı səyyah: "Qarabağda aparılan bərpa işlərinin sürəti valehedicidir"

Gunaz.tv

Bunu işğaldan azad edilmiş ərazilərdə səfərdə olan 21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, italiyalı səyyah Nikola Korotella bildirib.

Səfərin çox maraqlı keçdiyini bildirən səyyah deyib ki, dağıntıları görmək nə qədər kədərli olsa da bu ərazilərin bərpası üçün xeyli işlər görülür.

Korotella aparılan bərpa işlərinin sürətinin onu valeh etdiyini qeyd edib: “Yollar çox tez bərpa edilib və tezliklə bu ərazilər əvvəlki görkəmini bərpa edəcək və səfər etmək üçün gözəl məkana çevriləcək. Ümid edirəm ki, burada dayanıqlı sülh bərqərar olacaq”.

Xatırladaq ki, fevralın 16-sı tanınmış xarici səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üç günlük səfəri başlayıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar