SON XƏBƏRLƏR

İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

2022.06.06, 18:48
İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Gunaz.tv

Bu barədə Türkiyənin diplomatik qaynaqlarından məlumat verilib.

"Romadaki Türkiyə Səfirliyinin çağırışlarına və cəhdlərinə baxmayaraq, İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi 4 iyun tarixində Romada PKK-nın simvolları və fotoşəkillərinin yer aldığı nümayişdən narahatlığımızı ifadə etmək üçün bu gün (6 iyun) Nazirliyimizə dəvət edilmişdir", - xəbərdə deyilir.

İtaliyalı diplomata qeyd olunan tədbirdə terrorçu liderin əsərlərinin ictimaiyyətə nümayiş etdirildiyi bildirilib:

"Türkiyə tərəfindən, fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Görüşdə Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların liderinə fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb". (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar