SON XƏBƏRLƏR

Təbriz hərəkatçılarına işgəncə verilir

2021.10.20, 07:36
Təbriz hərəkatçılarına işgəncə verilir

Gunaz.tv
Təbriz hərəkatçılarına işgəncə verilir 27.05-4.jpg Güney Azərbaycanın başkəndi Təbriz şəhərində tutulan hərəkat fəallarının sayı mətbuata açıqlanandan daha çoxdur. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən daxil olan məlumata görə, həbs edilən hərəkatçıların bir qismi gizli şəkildə ETTELAAT-da saxlanılırlar. Onlara işgəncə verildiyi bildirilir. Təcridxanada saxlanan Rəhman Qasimi, İsmayıl Fəthi, Əmir Məhəmmədbənnayi, Əhəd Qəzəvi və daha 16 hərəkat fəalı may hadisələri zamanı yaxalanmışdılar. Əli Sədiqi və Cəmşid Zareyi adlı iki hərəkatçının vəziyyəti daha ağırdır. Onlara amansız işgəncə verilir. VHP --------------------------------------------------------------------------------------------- Paytaxtda 90 illik yubileylə bağlı keçirilən bayram tədbirlərinə silahlı qüvvələr də qatılıb ( herbi_parad_00_00.jpg Azərbaycan Silahlı Qüvvələri Bakı şəhəri və ətraf rayonlarda 16 istiqamətdə nizami gəzinti təşkil edib Azərbaycan Xalq Cumhuriyyətinin 90 illik yubileyi münasibətilə keçirilən bayram tədbirlərinə Azərbaycan Silahlı Qüvvələri də qatılıb. Belə ki, hərbçilər Bakı şəhəri və onun ətraf rayonlarında 16 istiqamətdə nizami gəzinti təşkil edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi isə gəzinti iştirakçılarını müşayiət edib. Qeyd edək ki, bu cür geniş miqyaslı tədbir ilk dəfə təşkil olunduğu üçün paytaxt sakinləri də onları seyr etmək məqsədilə küçələrə çıxıb./ANS TV/ ans_press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar