SON XƏBƏRLƏR

“Təbrizdə koronavirusa yoluxan yoxdur”

2021.10.20, 07:36
“Təbrizdə koronavirusa yoluxan yoxdur”

Gunaz.tv

GünAz TV: Təbrizdə koronavirusa yoluxmaqda şübhəli bilinən bir nəfərin xəstəxanaya aparıldığı barədə xəbərlər təkzib edilib.

 

Bu barədə Təbriz Tibb Fakultetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri cənab Hüseyni mətbuata məlumat verib.

“Kiminsə koronavirusa yoluxmaqda şübhəli bilindiyi barədə virtual məkanda yayılan məlumatlar əssassızdır. Təbrizdə belə bir fakt qeydə alınmayıb. Koronavirus şübhəsi ilə kimsə xəstəxananın karatin bölümünə aparılmayıb.”- deyə o vurğulayıb.

 

Bu arada Şərqi Azərbaycan Əyalətinin digər şəhəri Məlikanda bir nəfərin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Təbriz Tibb Universitetinin səhiyyə işləri üzrə rəis müavini Abbasəli Dorosti bildirib ki, sözügedən şəxsin virusa yoluxub və ya yoluxmadığı dəqiq analizlər aparıldıqdan sonra məlum olacaq.

 

Qeyd edək ki, son günlərdə İranın Qum, Tehran, Gilan və digər şəhərində koronavirusa yoluxma halları müşahidə olunub. Həmin virusdan 4 nəfərin öldüyü bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar