SON XƏBƏRLƏR

Təbrizdə Lalə parkına toplaşanlar rejimin ssenarisini pozdular: “Bu torpaqdan pay olmaz – Bura Kürdistan olmaz” – VİDEO

2021.10.20, 07:36
Təbrizdə Lalə parkına toplaşanlar rejimin ssenarisini pozdular: “Bu torpaqdan pay olmaz – Bura Kürdistan olmaz” – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizdə yerli əhalinin Lalə parkına toplaşaraq Azərbaycanın milli musiqini nümayiş etdirməsi rejimin nəzərdə tutduğu saxta proqramları dayandırıb.

 

Məlumata görə, dövlət orqanları “Təbriz 2018” layihəsi bəhanəsi keçirdiyi tədbirdə Azərbaycanın mərkəzində kürd musiqisi və rəqsi nümayiş etdirmək istəyib. Şübhəsiz ki, Azərbaycanın incəsənət və mədəniyyətini kölgədə qoymaq məqsədi güdən plan, azərbaycanlıların kəskin etirazına səbəb olub.

 

Etiraz məqsədi ilə aprelin 26-da Lalə parkına toplaşan soydaşlarımız rejimin arzusunu gözündə qoyaraq nəzərdə tutulan proqramların icrasına imkan verməyiblər. Onlar Azərbaycanın milli rəqsini nümayiş etdirib, bir çox milli şüarlar səsləndiriblər. Yığıncağa qatılan bəzi gənclər Azərbaycanın milli geyimindən istifadə edib.

 

Soydaşlarımız “Yaşasın Azərbaycan”, “Azərbaycan, Azərbaycan, Azərbaycan”, “Bu torpaqdan pay olmaz, Bura Kürdistan olmaz”, “Azərbaycan var olsun, İstəməyən kor olsun”, “Dağlar başı dumandı, Bura Azərbaycandı” və s. kimi şüarlarla çıxış ediblər.

 

Təhlükəsizlik qüvvələri dinc keçirilən yığıncağa mane olmaq istəyib, hətta bəzi gənclərə hücum da edilib. Buna baxmayaraq yığıncaq iştirakçılarını dağıtmaq mümkün olmayıb.

 

Lalə parkı yığıncağını aşağıdakı Videolardan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=VwXcqO6zsT0

 

https://www.youtube.com/watch?time_continue=1&v=LLWKJc1wa2I

 

https://www.youtube.com/watch?v=GgtVDFEHqIs

 

 

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar