SON XƏBƏRLƏR

TƏBRİZDƏ MƏNZİLLƏR BAHALAŞIB

2021.10.20, 07:36
TƏBRİZDƏ MƏNZİLLƏR BAHALAŞIB

Gunaz.tv
TƏBRİZDƏ MƏNZİLLƏR BAHALAŞIB Son bir ildə Təbriz şəhərində mənzillər kəskin bahalaşıb. «Media forum» saytı güney mənbələrinə istinadla xəbər verir ki, Təbrizin Yeni Terminal məntəqəsində sahəsi 90 kvadratmetr olan mənzil ötən il 23 min dollar idisə, hazırda bu qiymət 90 min dollara qədərdir. Bağmeşə məntəqəsində 75 kvadratmetrlik mənzilin bir il əvvəlki qiyməti 20 min, hazırkı qiyməti isə 85 min dollardır. Gülpark məntəqəsində 110 kvadratmetr sahəsi olan mənzili 120 min dollara almaq olar. Bir il əvvəl bu qiymət 70 min dollar idi. Adıçəkilən yaşayış məntəqələri Təbrizin mərkəzində yerləşir. media forum ---------------------------------------------------------------------------------- ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏSİ POZMAQDA DAVAM EDİR ateshkes.jpg Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu gün Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini, ötən gün isə Noyemberyan rayonunun Voskevan və Voskepar, Berd rayonunun Çinari kəndindəki mövqelərdən Azərbaycan Silahl Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Quşçu Ayrım kəndlərindəki, Xocavənd rayonunun Kuropatkino kəndindəki mövqelərdənsə üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycanın Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. İctimai TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar