SON XƏBƏRLƏR

Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Vərziğanın “Mis Süngün” komandasının futzal super liqa yarışlarında çempion olması azərbaycanlıları sevindirib.

 

Azərbaycan komandası çərşənbə günü Sarinin “Şəhrvənd” komandasını super liqa yarışlarının 26-cı həftəsində (son həftə) Təbrizin Purşərifi stadionunda məğlub etdikdən sonra super liqanın çempionu məlum olub.

 

Öz rəqibini 4:0 hesabı ilə məğlub edən Azərbaycan komandası 65 xalla (imtiyaz) turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İsfahanın “Təsisat Dəryayi” və “Geytipəsənd” komandaları isə 56 və 51 xalla turnir cədvəlinin 2 və 3-cü pilləsində yer alıb.

 

Bu qələbədən böyük sevinc hissi keçirən “Mis Süngün” komandasının tərəfdarları şənlik edib öz sevinclərini paylaşıblar. Mərasimdə Gənclər və İdman naziri və Təbrizin Futbol Federasiyasının rəisi də iştirak edib.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar