SON XƏBƏRLƏR

Təbrizin basketbol “Şəhrdari” komandasının çempion olması klubun baş məqçisinə bahaya başa gəldi

2021.10.20, 07:36
Təbrizin basketbol “Şəhrdari” komandasının çempion olması klubun baş məqçisinə bahaya başa gəldi

Gunaz.tv

GünAz TV: Fevralin 13-də Təbrizin “Şəhrdari” basketbol komandası Tehran təmsilçisi “Mehram”ı məğlub edərək İran super liqasının çempionu oldu.

 

Azərbaycan komandasının bu qələbəsindən dərhal sonra Təbrizin “Şəhrdari” komandası və İran milli basketbol komandasının baş məşqçisi Mehran Hatəmi naməlum səbəbdən milli komandada tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu o halda baş verib ki, M.Hatəmi bundan öncə İranın milli komandasına çoxlu uğur gətirib.

 

Basketbol Federasiyasının Texniki Komitəsi artıq Bəndər İmamın “Petroşimi” komandasının baş məşqçisi Mehran Şahintəbin milli komandaya baş məşqçi təyin olunduğunu elan edib.

 

M.Şahintəbin çalışdırdığı “Petroşimi” komandası İran super liqasında üçüncü olub.

 

Yeni baş məqçi birinci qərarında ölkənin müxtəlif əyalətlərindən basketbol milli komandanın təlim-məşq toplanışına 15 oyunçu dəvət edib. Dəvət olunanlar arasında Təbrizin “Şəhrdari” komandasından Arən Davudi, Ruzbeh Ərğəvan və Əsğər Kardustun adları gözə dəyir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar