SON XƏBƏRLƏR

Təbrizin keçmiş bələdiyyə başçısı saxlanılıb

2021.10.20, 07:36
Təbrizin keçmiş bələdiyyə başçısı saxlanılıb

Gunaz.tv

GünAz TV: Təbriz şəhərinin keçmiş bələdiyyə başçısı Sadiq Nəcəfi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.


O cümə axşamı gün, yanvarın 30-da “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən yaxalanıb.


Bu barədə məlumat yayan yerli kütləvi informasiya vasitələri Sadiq Nəcəfinin bələdiyyə başçısı olduğu zaman maliyyə pozuntularına yol verdiyini və həmin ittiham üzrə saxlandığını yazıb.


Saxlanılan şəxs 20 il müddətinə Şərqi Azərbaycan Əyalətində ən yüksək vəzifələrin sahibi olub. Onun 11 il Ettelaat İdarəsinə rəhbərlik etdiyi bildirilir.


İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar