SON XƏBƏRLƏR

Təbrizin millət vəkili və Ərdəbil Müsəlman Müxbirlər Dərnəyindən Azərbaycan Respublikasındakı radikal dinçilərə dəstək...

2021.10.20, 07:36
Təbrizin millət vəkili və Ərdəbil Müsəlman Müxbirlər Dərnəyindən Azərbaycan Respublikasındakı radikal dinçilərə dəstək...

Gunaz.tv

GünAz TV: İranda müxtəlif siyasi və dini qurumların Azərbaycan Respublikasına qarşı müdaxiləsinin yeni dalğası başlayıb.

 

Bu, radikal dinçi, “Hizbullah” terror təşkilatının Azərbaycan Respublikasındakı qolunun liderlərindən biri kimi tanınan Hacı İlhamın saxlanılmasından sonra baş verib.

 

Müxtəlif mənbələr “Ağa Rəzəvi” adı ilə tanınan Hacı İlhamın ölkəsinə qarşı təxribat xarakterli təbliğat apardığını və sadəlövh gəncləri “Hizbullah”a cəlb etməyə çalışdığını bildirir.

 

Bununla bağlı Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentinə yeni seçilmiş millət vəkili Ruhullah Mütəfəkkir Azad öz Twitter səhifəsində bir mətn paylaşaraq İran rejimini Azərbaycan Respublikasına qarşı siyasətinə yenidən baxmağa çağırıb.

 

Ruhullah Mütəfəkkir Azad

 

“Hacı İlhamın Bakıda saxlanması göstərdi ki, İran İslam Respublikasının qonşulara münasibətdə xarici siyasəti dəyişməlidir. Bizim əlaqələrimiz mənfi müvazinət əsasında qurulmamalıdır. Elə olmalıdır ki, islamçılara təzyiq etməyin onlar üçün bədəli ağır olsun.”- deyə o qeyd edib.

 

Azərbaycan Respublikasının əleyhinə kəskin mövqe sərgiləyən qurumlar arasında Ərdəbil Müsəlman Müxbirlər Dərnəyi də yer alıb.

Bu barədə kəskin bəyanat yayan dərnək Xarici İşlər Nazirliyini Azərbaycan Respublikası və Hindistanla bağlı siyasətinə yenidən baxmağa çağırıb.

 

Ərdəbil Müsəlman Müxbirlər Dərnəyi radikal dinçi Hacı İlhamı Azərbaycan İslam Partiyasının məsul şəxslərindən  biri kimi təqdim edərək onun saxlanmasını sərt şəkildə pisləyib.

 

Bəyanatda bildirilib ki, Hacı İlhamın saxlanması müsəlmanların oyanışı və onların sionistlər və böyük şeytan Amerikaya müqavimət göstərməsi ilə bağlıdır.

 

Ərdəbil Müsəlman Müxbirlər Dərnəyi son vaxtlar Hindistanda müsəlmanlara edilən hücumlar və baş verən hadisələrlə bağlı sözdə Hindistan dövlətinin mövqeyini də pisləyib.

 

Qeyd edək ki, Güney Azərbaycan əyalətlərində Azərbaycan Respublikasına qarşı mövqe sərgiləyən bütün şəxs və qurumlar birbaşa İran rejimi tərəfindən idarə olunan qüvvələrdir. Onların Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməsi, eləcədə radikal dinçi qüvvələri öz dövlətlərinə qarşı təxribatçı hərəkətlərə çağırması yeni hadisə deyil. Azərbaycan əhalisi İran rejimi tərəfindən yönləndirilən bu kimi hadisələrə vaxtaşırı şahid olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar