SON XƏBƏRLƏR

TƏHLÜKƏSİZLİK NAZİRİ TEHRANDA BİR AVTOMOBİLİN PARTLADILMASI XƏBƏRİNİ TƏSDİQLƏYİB

2021.10.20, 07:36
TƏHLÜKƏSİZLİK NAZİRİ TEHRANDA BİR AVTOMOBİLİN PARTLADILMASI XƏBƏRİNİ TƏSDİQLƏYİB

Gunaz.tv
2008-05-29 - 12:40:00 İran Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) rəhbəri Qulamhüseyn Möhsüni Ejei Tehranda naməlum şəxslərin bir avtomobili partlatması xəbərini təsdiqləyib. Möhsüni Ejei «Media forum» saytının məlumatına görə, Möhsüni Ejei mayın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, hadisənin təfərrüatı barədə hələlik məlumat yoxdur: «Partlayışı törədən də ələ keçməyib. Lakin hər halda belə bir hadisə baş verib». Mayın 26-da İranın «Fars» agentliyi şəhərin qərb hissəsində uzaqdan idarə olunan partlayıcı maddə ilə dolu avtomobili kimlərinsə partlatması barədə məlumat dərc edib. Agentliyin bildirdiyinə görə, avtomobil tamamilə dağılıb və ətraf binaların şüşələri sınıb. Bundan iki həftə əvvəl İranın təhlükəsizlik naziri ABŞ-ı ölkədə təxribat törətmək məqsədilə bir terrorçu qrupa yardım göstərməkdə günahlandırmışdı. ETTELAAT rəhbəri həmçinin Tehran, Rəşt və daha bir neçə şəhərdə partlayış törətmək istəyən qrup üzvlərinin ələ keçdiyini vurğulamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar