SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri Cəfər Rüstəmiradın ata evinə hücum çəkib – Ərdəbildə

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri Cəfər Rüstəmiradın ata evinə hücum çəkib – Ərdəbildə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Cəfər Rüstəmiradın ata evinə hücum çəkərək evdə axtarış aparmaq istəyiblər.

 

Məlumata görə, məhkəmə hökmü olmadan evə müraciət edən məmurlar istədiklərinə nail ola bilməyib. Rüstəmirad ailəsi onların qanunsuz axtarış aparma tələbi qarşısında müqavimət göstərib, heç bir şəkildə icazə verməyiblər.

 

Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmirad barəsində qərar çıxararaq onlara həbs, mətbuat və ictimai fəaliyyətdən məhrum etmə və sürgün cəzası verib. Fəallar ötən il Babək qalası mərasimi ərəfəsində Tehranda saxlanmışdır.

 

Cəfər Rüstəmiradın ata evində axtarış aparma cəhdi onun “Traxtur”la “Əlcəzirə” komandalarının görüşündə saxlandıqdan sonra üzləşdiyi 7 ay həbs hökmü ilə əlaqədar ola bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar