SON XƏBƏRLƏR

Tehran bazarında güclü yanğın baş verib

2021.10.20, 07:36
Tehran bazarında güclü yanğın baş verib

Gunaz.tv

GünAz TV: Tehran Yanğından Mühafizə Xidmətinin verdiyi məlumata görə, bu gün axşam saatlarında şəhərin əsas mərkəzi bazarında yanğın baş verib.

 

Qurumun sözçüsü Cəlal Məliki bildirib ki, yanğın nəticəsində ölən və yaralanan olmasa da, 15 mağaza tamamilə yanaraq, kül olub.

 

Onun sözlərinə görə, yanğın ilkin olaraq 3 mərtəbəli qədimi binanın 1-ci mərtəbəsində başlayıb. Yanğın tezliklə içərisində onlarla ayaqqabı sexi yerləşən binanın hər 3 mərtəbəsinə yayılıb.

 

Yanğın söndürənlər gecə saat 3-də yanğını tamamilə söndürə biliblər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar