SON XƏBƏRLƏR

Tehran prokuroru: “258 dərvişə hökm oxunub”

2021.10.20, 07:36
Tehran prokuroru: “258 dərvişə hökm oxunub”

Gunaz.tv

GünAzTV: Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi iyulun 17-də jurnalistlərə açıqlamasında bir neçə ay əvvəl etirazlara qatıldığına görə həbs edilən 258 dərvişə hökm oxunduğunu bəyan edib.

 

O bildirib ki, hazırda həbsdə saxlanılan və barələrində inqilab məhkəməsi tərəfindən hökm oxunan dərvişlər, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ictimai asayişi pozmaqda, polisə müqavimət göstərməkdə və qanunsuz toplantılara qatılmaqda günahlandırılır: “Hazırda 258 dərvişə hökm oxunub və digər məhbus dərvişlərin işinə də baxılır”.

 

Abbas Cəfəri Dövlətabadi, barələrində hökm oxunan dərvişlərin adlarını və onlara çıxarılan həbs qərarının müddətini açıqlamasa da, dərvişlərə bağlı “Məczubani-nur” saytı bir neçə gün əvvəl yaydığı bir məlumatda bildirmişdi ki, inqilab məhkəməsi məhbus dərvişlərdən 10-unu ümumilikdə 69 il həbsə, 444 şallaq zərbəsinə və 14 il sürgünə məhkum edib.

 

 

Xatırladaq ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı dinc dərvişlərin hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyünü görən naməlum bir şəxs, küçədə dayanmış bir avtobusu əli dəyənəkli hüquq-mühafizə əməkdaşlarının üstünə sürüb. Nəticədə, 3 polis və 1 “Bəsic” muzdlusu ölüb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar