SON XƏBƏRLƏR

Tehranda baş örtüyünü açdığına görə həbs edilən Şapərək Şəcərizadə mülki vəsiqə girovu qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Tehranda baş örtüyünü açdığına görə həbs edilən Şapərək Şəcərizadə mülki vəsiqə girovu qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAzTV: İranda dini hakimiyyətin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq bir həftə əvvəl Tehranın Qeytəriyyə məntəqəsində baş örtüyünü açdığına görə tutulan gənc ana, Şapərək Şəcərizadə 100 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında azadlığa buraxılıb.

 

Bu barədə, Şapərək Şəcərizadənin vəkili Nəsrin Sütudə, fevralın 28-də jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, müvəkkili fevralın 21-də hökumət qüvvələri tərəfindən tutulduqdan sonra əvvəlcə “Vozəra” həbsxanasına aparılmış, sonra isə Qərçək zindanına köçürülmüşdü: “Müvəkkilim Şapərək Şəcərizadə həbs edildikdən sonra zindanda fiziki zorakılığa məruz qoyulub, döyülərək təhqir edilib. Qərçək zindanında ona qarşı göstərilən zorakılığa qarşı etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan müvəkkilimə, hətta özünün razılığı olmadan zorla iynə də vurublar. Hazırda məsələnin mahiyyətini araşdırırıq”.

 

Tanınmış iranlı vəkil Nəsrin Sütudə

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar