SON XƏBƏRLƏR

Tehranda tutulan 3 güney azərbaycanlı fəalın harada saxlandığı məlum olub

2021.10.20, 07:36
Tehranda tutulan 3 güney azərbaycanlı fəalın harada saxlandığı məlum olub

Gunaz.tv

GünAz TV: Noyabr ayında Tehranda tutulan 3 güney azərbaycanlı milli-mədəni fəalın harada saxlandığı məlum olub.

 

Məlumata görə, Mənsur Fəthi, Əli İbrahimi və Saleh Ekrami ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanının 209-cu korpusunda saxlandıqlarını bildiriblər.

 

209-cu korpus qeyri-rəsmi şəkildə Ettelaat Nazirliyinin nəzarəti altındadır, bu korpusa yalnız ağır cinayətlərdə ittiham olunan şəxslər aparılır.

 

Adını çəkdiyimiz fəallar noyabrın 19-dan 21-dək Tehran Əyalətinin İslamabad əhərində yaxalanıb. Fəalların evinə hücum çəkən Ettelaat əməkdaşları onları saxlayaraq naməlum istiqmaətə aparmışdır.

 

Qeyd edək ki, Tehran ətrafında yerləşən Nəsimşəhr şəhərinin 70 faiz əhalisi Azərbaycan türkləridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar