SON XƏBƏRLƏR

Tehranın valyuta bazarı hüquq-mühafizə qüvvələrinin nəzarətinə götürülüb - VİDEOLAR

2021.10.20, 07:36
Tehranın valyuta bazarı hüquq-mühafizə qüvvələrinin nəzarətinə götürülüb - VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranda milli valyuta “rial”ın dollar qarşısında dəyərini sürətlə itirməsindən və ölkədə dərin iqtisadi böhranın yaranmasından sonra iyulun 30-da hüquq-mühafizə qüvvələri valyuta bazarına yeridilib.

 

Bildirilir ki, polisin əli dəyənəkli motosikletçi qüvvələri, iyulun 30-da 1 ABŞ dollarının məzənnəsinin 12 min tüməni aşmasından sonra vətəndaşların valyuta dəyişən məntəqələrdə toplaşmasının və onların mümkün etirazının qarşısını almaq üçün valyuta və qızıl sikkə bazarlarına göndərilib.

 

Əsasən Tehranın Firdovsi meydanına və qızıl sikkə bazarı olan “Səbzə meydan”a göndərilən silahlı polis qüvvələri hər iki yerdə toplaşan insanları dağıtmağa çalışıblar. Polis qüvvələri ilə əhali arasında hər hansı bir qarşıdurmanın yaranıb-yaranmadığ barədə məlumat yayılmayıb. Hazırda Tehranın valyuta və qızıl sikkə bazarlarında vəziyyətin gərgin olduğu bildirilir.

 

Xatırladaq ki, iyulun 29-da İranın milli valyutası olan “rial”ın dollar qarşısında dəyərini sürətlə itirməsi hakimiyyət dairələrinin və ölkə əhalisinin ciddi nigaranlığa səbəb olub. Günorta saatlarına qədər 9 min 500 tümənə satılan 1 ABŞ dollarının məzənnəsi təkcə bir neçə saatda 2 min tümən bahalaşaraq 11 min 500 tümənə qalxıb.

 

Bununla da “rial”ın sürətlə dəyərini itirməsi yeni rekord vurub. Dolların məzənnəsinin durmadan artması, valyuta və qızıl bazarlarında təlatüm və həyəcana, əhalinin isə gündəlik istifadə etdiyi ərzaq mallarının qiymətinin kəskin artmasına gətirib çıxarıb. Yayılan son məlumata əsasən, 1 ABŞ dollarının məzənnəsi iyulun 30-da daha yüksələrək 12 min tümənə çatıb.

 

VİDEOLAR:

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar