SON XƏBƏRLƏR

"Su payı təmin edilməzsə, Urmu gölü tamamilə quruyacaq"-Ətraf Mühitin Mühafizəsi Təşkilatı

2022.09.06, 06:27
"Su payı təmin edilməzsə, Urmu gölü tamamilə quruyacaq"-Ətraf Mühitin Mühafizəsi Təşkilatı

Gunaz.tv

Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Səid Şəhənd bildirib ki, gölün quruması nəticəsində bölgənin ekosistemi məhv olmaq üzrədir. Bu təhlükə isə günü-gündən artır.

O, quruma səbəbindən gölün sahili ilə adaların birləşdiyini, yırtıcı heyvanların adalara getdiyini və bu səbəbdən adalardakı heyvanların nəslinin tükənmək təhlükəsi ilə üzləşdiyini deyib. 

Urmu Gölünün Bərpası Qərargahının nəzarət və monitorinq bölməsinin keçmiş rəhbəri Əlirza Şəriət isə duz fırtınalarının milyonlarla insanın həyatına təhlükə törətdiyini deyib.

O, bölgədə kənd təsərrüfatı sahəsinin və bitki örtüyünün yox olacağını vurğulayıb.

Təxminən 10 il əvvəl Urmu Gölünün Bərpası Qərargahı işə başlayanda onu xilas etmək üçün 15 milyard tümən vəsait ayrıldığı iddia edilmişdi.

Urmu Su Hövzəsinin başçısı Məsud Baqirzadənin sözlərinə görə, cari ildə Urmu gölünün büdcəsi 215 milyard tümən olub, ancaq belə görünür ki, bu vəsaitlə gölün problemi həll olunmayacaq.

Ekspertlərin dediyi kimi, Urmu gölü də İranın başqa ekoloji fəlakət zonaları kimi yanlış idarəçiliyin qurbanıdır. 

Qeyd edək ki, rəsmi statistikaya görə Urmu gölünün 90 faizdən çoxu quruyub.

Bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar