SON XƏBƏRLƏR

Ətraf mühit fəalları Təbriz İES-i rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb

2022.01.21, 08:38
Ətraf mühit fəalları Təbriz İES-i rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb

Gunaz.tv

Prosesi Davamlı İnkişaf Evi İnsan Hüquqları və vətəndaşlıq komissiyasında çalışan hüquqşünasların dəstəyi ilə əyalətin ətraf mühit fəalları başladıb.

Fəallar və hüquqşünaslar ətraf mühiti çirkləndirən adıçəkilən qurumların rəhbərliyindən qanuni səlahiyyətlərini yerinə yetirmələrini tələb edib.

Qeyd edək ki, son aylar Təbrizdə havanın çirklilik səviyyəsinin artması üzündən dəfələrlə məktəblərdə dərslər dayandırılıb.

Ətraf mühit fəalları hesab edir ki, hava çirkliliyinin əsas səbəbi istilik elektrik stansiyasında (İES) mazutdan istifadə edilməsidir.

Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi stansiyanın qaz payının kəsilməsinə və mazutdan istifadənin davam etdirilməsinə görə hökuməti kəskin tənqid edib.

"Şəhərin havasının çirkləndirilməsində əsas rolu Təbrizin neft-kimya zavodu və istilik elektrik stansiyası oynayırlar.

Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar