SON XƏBƏRLƏR

Tramp: “Əminəm ki, İran tezliklə bizimlə müzakirə aparmaq istəyəcək”

2021.10.20, 07:36
Tramp: “Əminəm ki, İran tezliklə bizimlə müzakirə aparmaq istəyəcək”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp mayın 15-də “Twitter” səhifəsində yazdığı bir statusda, Orta Şərq siyasəti ilə bağlı hökumətində hər hansı bir fikir ayrılığı olmasını rədd edərək, İran rəhbərlərinin Amerika ilə müzakirə aparmaq məcburiyyətində qalacaqlarından danışıb.

 

Tramp bildirib ki, onun hökumətinin bölgədə yürütdüyü siyasəti barədə Amerika rəsmiləri arasında fikir ayrılığı yaranması ilə bağlı yayılan xəbərlər əsassızdır: “Washington Post, və hətta ondan da saxta xəbərlər yayan “New York Times” qəzetləri hökumətim daxilində mənim Orta Şərqdə yürütdüyüm kəskin siyasətim barədə ixtilaf və fikir ayrılığı olması barədə dastanlar yazıb yayıblar. Halbuki hökumət daxilində əsla belə bir şey yoxdur.

 

Düzdür, məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Lakin son və kəskin qərarı mən verirəm. Bu isə çox sadə bir prosesdir. Mən isə əminəm ki, İran tezliklə bizimlə müzakirə aparmaq istəyəcək” –deyə Tramp vurğulayıb.

 

 

Xatırlayaq ki, Amerikanın İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxmasının birinci ildönümündə, rəsmi Tehran mayın 8-də bəyanat yayaraq, İranın həmin razılaşmanın bəzi bəndlərinin icrasını dayandırdığını elan edib. Həmin gün, Amerika İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Az sonra isə Amerikanın müdafiə Nazirliyi İranın regional müttəfiqlərinə qarşı təhdidinə cavab olaraq, bölgəyə “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisini, eləcə də B-52 bombardımançı təyyarələrini göndərdiyini bildirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar