SON XƏBƏRLƏR

“Traxtur” braziliyalı müdafiəçi transfer edə bilər

2021.10.20, 07:36
“Traxtur” braziliyalı müdafiəçi transfer edə bilər

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu 19-cu super liqa yarışlarında ikinci mövsümə güclü oyunçularla başlamaq niyyətindədir.

 

Son məlumata görə, “Traxtur” klubu komandaya daha bir güclü oyunçu cəlb etməyə çalışır. Klub məsulları bu məqsədlə braziliyalı tanınmış bir müdafiəçini komandanın məşqlərinə və mümkün müzakirələrə dəvət edib.

 

Məlumata görə, hələlik adı açıqlanmayan xarici futbolçu komandanın məşqlərində iştirak edəcək. Texniki heyət razılıq verərsə, onunla komandaya transfer edilməklə bağlı müzakirə aparılacaq.

 

Bu arada qeyd edək ki, “Traxtur” komandasının üzvləri Türkiyənin Antalya şəhərində keçirdiyi 11 günlük təlim-məşq toplanışından qayıdıb. Yanvarın 8-də Türkiyəyə səfər edən komanda üzvləri yanvarın 19-da Təbriz şəhərinə qayıdıb. Oyunçular artıq yanvarın 21-dən ikinci mövsümün birinci həftəsinin görüşü, “Perspolis”lə oyuna hazırlaşır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar