SON XƏBƏRLƏR

“Traxtur” klubu Məsud Şucayinin bir görüşdə oynamaqdan məhrum edilməsinə etiraz edir

2021.10.20, 07:36
“Traxtur” klubu Məsud Şucayinin bir görüşdə oynamaqdan məhrum edilməsinə etiraz edir

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” və İran milli komandasının kapitanı Məsud Şucayi Futbol Federasiyası İnzibati Komitəsinin qərarı ilə komandasının bir görüşündə iştirak edə bilməyəcək.

 

İran suepr liqa yarışlarının 9-cu həftəsində “Traxtur”un görüşündə oynamasına qadağa qoyulan oyunçu bundan əvvəl İran kuboku çərçivəsində keçirilən “Sənət Neft”lə görüşdə hakim tərəfindən oyundan ixrac edilib və qarşıdakı ildə ölkə kubokunda iştirak etməkdən məhrum olunub.

 

Futbol Federasiyasının İnzibati Komitəsinin açıqlamasına görə, M.Şucayi oyundan ixrac edildikdən sonra hakimi təhqir edib. İnzibati Komitə bu səbəbdən onu bir  görüşdə oynamaqdan məhrum edib. Futbolçu həmçinin 5 milyon tümən məbləğində cərimə ödəməlidir.

 

Bu qərar “Traxtur” klubunun kəskin etirazına səbəb olub, klub bu barədə Futbol federasiyasına etiraz məktubu göndərəcək. Hələlik klubun nümayəndəsi Tehrana gedərək federasiyanın məsulları ilə görüş keçirib və oyunçunun barəsində çıxarılan qərarın ləğv olunmasını tələb edəcək.

 

M.Şucayi İnzibati Komnitənin barəsində çıxardığı qərarla bağlı İnstaqram səhifəsində məlumat paylaşıb, o hakimi təhqir etmədiyini təkidlə vurğulayıb.

 

İnzibati Komitənin qərarına əsasən, M.Şucayi oktyabrın 19-da “Traxtur”la “Sənət Neft”in görüşündə iştirak edə bilməyəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar