SON XƏBƏRLƏR

“Traxtur” klubu yeni oyunçular transfer etməyə hazırlaşır

2021.10.20, 07:36
“Traxtur” klubu yeni oyunçular transfer etməyə hazırlaşır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu komandanı gücləndirmək məqsədi ilə yeni oyunçular cəlb etməyə hazırlaşır.

 

Azərbaycan klubu super liqa yarışlarında mövsümün ilk yarısının yekunlaşmaq üzrə olduğu bir vaxtda belə bir qərara gəlib. Mediada yayılan məlumata görə, artıq klub məsulları müdafiəçi və hücumçu mövqeyində çıxış edən bir neçə oyunçu ilə danışıqlar aparıb.

 

Bəzi mətbuat orqanlarının yaydığı məlumat isə bir qədər fərqlidir. Bildirilir ki, “Traxtur” mövsümün ilk yarısının sonuncu oyunu kimi, “Peykan”la görüşdən sonra oyunçu transferi haqda qərar qəbul edəcək.

 

Bu arada super liqa yarışlarının ən önəmli 3 klubu “Traxtur”, “İstiqlal” və “Perpolis” arasında “Peykan” komandasının hücumçusu Şəhriyar Muğanlını cəlb etmək üçün rəqabət getdiyi bildirilir.

Bəzi mənbələr “Traxtur” klubu tərəfindən futbolçuya yüksək məbləğ təklif olunduğunu qeyd edir. Bütün hallarda Şəhriyar Muğanlının mövsümün ikinci yarısında hansı komandanın tərkibində oynayacağı onun və “Peykan” klubunun qərarından asılıdır.

 

Qeyd edək ki, hal-hazırda “Traxtur” komandası super liqa yarışlarında turnir cədvəlinin 5-ci pilləsində  qərarlaşıb, komandanın 23 xalı var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar