SON XƏBƏRLƏR

“Traxtur”un baş məşqçisi İran nazirliklərinin “İstiqlal”, “Perspolis” və “Sepahan”a dəstək verməsini tənqid edib

2021.10.20, 07:36
“Traxtur”un baş məşqçisi İran nazirliklərinin “İstiqlal”, “Perspolis” və “Sepahan”a dəstək verməsini tənqid edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının baş məqçisi İran nazirliklərinin “İstiqlal”, “Perspolis” və “Sepahan” komandalarına dəstək verməsini tənqid edib.

 

Sakit İlhami bu barədə fevralın 16-da Səhənd kanalının “Moc-i futbol” verilişində danışıb.

 

“Çempion olmaq üçün sadəcə oynamaq və texniki məsələlər yetmir. Hamı bilir ki, xüsusi komandaların arxasında bir neçə nazirlik dayanır.

Milli komandanın baş məşqçi postuna gətirilməsi gündəmdə olan bir mütəxəssisin “Perspolis”ə cəlb olunması, eləcə də hansısa komandanın baş məşqçisi uzaqlaşmaq istərkən onu saxlamaq üçün bir neçə nazirliyin hərəkətə keçməsi, müəyyən komandalara dəstək verildiyini göstərir. Futbol Federasiyası Gənclər və İdman Nazirliyinə bağlıdır, Hakimlər Komitəsi isə federasiyaya bağlıdır. Bu o deməkdir ki, bütün bu orqanlar bir-biri ilə əlaqəlidir.

“Sepahan”ın da xüsusi şəraiti var. Federasiyada müəyyən şəxslər var ki, bu komandaya dəstək verir. Bütün bunlar bir sıra şübhələrə səbəb olur. Bizim komandamızın arxasında isə tərəfdarlardan ibarət böyük bir qrup var.”- deyə o bildirib.

 

“Traxtur” tərəfdarlarını aşiq adlandıran baş məşqçi əlavə edib ki, mənim fəaliyyət göstərdiyim “İstiqlal”, “Mis” və “Əbumüslim” kimi komandaların özləri üçün tərəfdarları var idi. Lakin “Traxtur” fərqlidir. Əslində “Traxtur” komanda deyil, Azərbaycanın mədəniyyətidir. Siz hansı evə getsəniz “Traxtur” komandasının loqosunu görərsiniz. “Traxtur” qalib gəldiyi zaman cəmiyyətdə nə qədər sevinc yaşandığını görürsünüz. Şübhəsiz ki, mən Təbrizdən danışıram. Lakin əminəm ki, türklərin yaşadığı digər şəhərlərdə də vəziyyət belədir.

 

Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars şovinistlərinin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi komandaların bütün görüşlərində “Traxtur” komandası və mənsub olduğu Azərbaycan türk milləti kobud şəkildə aşağılanır. Rejimin sistemli şəkildə yol verilən təhqirlərə səssiz qalması vaxtaşırı soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb. Lakin bu istiqamətdə hər hansı addım atılmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar