SON XƏBƏRLƏR

Türkiyə Azərbaycanın Dağlıq Qarabağ siyasətini dəstəkləməkdədir

2021.10.20, 07:36
Türkiyə Azərbaycanın Dağlıq Qarabağ siyasətini dəstəkləməkdədir

Gunaz.tv
koksaltopdan.jpg "Türkiyə Azərbaycanın Dağlıq Qarabağ siyasətini dəstəkləməkdədir" Köksal Toptan: "Bölgəmizdə sabitlik və əməkdaşlıq yaranarsa, bundan daha çox qazanan Ermənistan olacaq" Azərbaycan parlamentinin 90 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Bakıya gələn Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan mətbuata verdiyi açıqlamasında Azərbaycanla Türkiyə arasındakı münasibətlərin başqa ölkələrin örnək götürəcəyi səviyyədə olduğunu dilə gətirib. Türkdilli ölkələrin Parlament Assambleyasını yaratmaq təşəbbüsünün hələ mərhum Heydər Əliyevin dövründə gündəmə gəldiyini vurğulayan Toptan Türkiyənin hər zaman bu təşəbbüsü dəstəklədiyini bildirib: "Antalyada türkdilli dövlətrin parlamentlərinin sədr müavinləri səviyyəsində toplantı keçirildi və orada vahid mətn hazırlandı. Bundan sonra mart ayında Astanada daha bir toplantı keçirildi. "XC" Qərara alındı ki, türkdilli dövlətlərin parlament sədrlərinin görüşü keçirilsin. Mən Türkmənistan və Özbəkistanın bu prosesə qoşulması üçün hər iki ölkəyə məktubla müraciət etdim. Çünki ilk iclasda sadəcə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan iştirak etmişdilər. Müraciətimə Türkmənistandan cavab gəldi və bildirdilər ki, onlar bu prosesi izləyirlər. Qarşıdakı dövrdə Parlament Assambleyasında ən azı müşahidəçi statusu ilə iştirak edə biləcəklərini dedilər. Ancaq Özbəkistandan hələlik heç bir cavab gəlməyib. Biz yenə də səylərimizi davam etdirəcəyik. Sədr müavinlərinin toplantısında həmçinin qərara alındı ki, sadəcə türkdilli dövlətlər deyil, başqa ölkələrdə yaşayan türk icmaları da müşahidəçi statusu ilə bu prosesə cəlb olunsun. Mən Türkiyə Xarici İşlər Nazirliyinin xətti ilə bu işlə məşğulam. İnanıram ki, çox maraqlı bir mənzərə alınacaq və bu ilin sonuna kimi vəziyyət müəyyən qədər aydınlaşacaq". Spiker Türkiyə və Azərbaycanın yalançı erməni iddialarına qarşı eyni mövqedən çıxış etdiyinə də toxunub. Onun sözlərinə görə, Ermənistan diasporunun təsiri altında dünyada Türkiyə və Azərbaycana qarşı yanlış və mənfi fikirlər formalaşıb: "Ancaq biz əlimizdən gələni edirik, elm adamlarımız çalışır və elmi araşdırmaları xarici dillərdə dünyaya yayırıq ki, dünya ictimaiyyəti həqiqətləri bilsin. 2005-ci ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çağırışla çıxış etdi ki, qondarma "soyqırım" məsələsi tarixi müstəvidə birgə araşdırılsın, arxivlər açılsın. Türkiyə arxivlərini açmağa hazır olduğunu bəyan etdi. Maraq göstərən başqa ölkələr varsa, onlar da öz arxivlərini aça və bu prosesə qoşularaq məsələnin həllinə yardım edə bilərlər. Fikrimcə, həmin çağırışı davam etdirməyə ehtiyac var. Ancaq bir məsələ aydındır ki, bu "soyqırım" iddiaları daha çox erməni diasporunun siyasətidir". Türkiyə Böyük Millət Məclisinin sədri ölkəsinin Dağlıq Qarabağ siyasətinin dəqiq olduğunu vurğulayıb: "Bu problem həll olunmadığı müddətdə Türkiyənin edə biləcəyi heç bir şey yoxdur. Bunu hər səbəb ilə və hər zəmində söyləyirik". Toptan münaqişənin yalnız Azərbaycanın təklif etdiyi həll variantının qəbul olunacağını vurğulayıb: "Türkiyə bu mövzuda hər platformada, dünyanın harasında olursa olsun, Azərbaycanın Dağlıq Qarabağ siyasətini dəstəkləməkdədir. Hər keçən gün bu dayanıqlılığımız daha da artmaqdadır. Ümid edirəm ki, dünyanın gözü qarşısında meydana gələn bu hadisələri hər kəs düzgün qiymətləndirəcək. Dağlıq Qarabağ problemi həll edilmədən Türkiyə-Ermənistan əlaqələri həll olmaz. Başqasının torpaqlarında da gözümüz yox, amma öz torpaqlarımızın da bizə aid olmasını istəmək haqqımızdır". Köksal Toptan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, bölgədə sabitlik yaranarsa, nə Azərbaycanla Ermənistan, nə də Türkiyə ilə Ermənistan arasında heç bir problem qalmayacaq: "Bölgəmizdə sabitlik və əməkdaşlıq yaranarsa, bundan daha çox qazanan ölkə məhz Ermənistan olacaq". Kıbrıs problemi ilə bağlı məsələyə münasibət bildirən TBMM sədri qeyd edib ki, Türkiyə adada iki bərabərhüquqlu dövlətin olmasının tərəfdarıdır: "Problemin həllinə səy göstərilərkən, Türkiyənin bu mövqeyi nəzərə alınmalıdır. Əgər Türkiyənin mövqeyi nəzərə alınarsa, problemin də yekun həllinə nail olunacaq. O zaman federasiya ilə bağlı təklifləri müzakirə etmək olar". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar