SON XƏBƏRLƏR

Türkiyə prezidenti: Qarabağ əsl sahiblərinə qaytarılmalıdır

2021.10.20, 07:36
Türkiyə prezidenti: Qarabağ əsl sahiblərinə qaytarılmalıdır

Gunaz.tv

GünAz TV: Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

 

Yerli mətbuatın yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, münaqişənin həllinin uzanması Minsk qrupunun passivliyinin göstəricisidir.

 

Ərdoğan bildirib ki, həmsədrlər münaqişənin həlli üçün məhsuldar addımlar atacaq.

 

“Minsk qrupunun əsas vəzifəsi Dağlıq Qarabağdakı işğal altındakı torpaqların bir an öncə əsl sahiblərinə qaytarılmasını təmin etməkdir. Ümid edirik ki, onlar bunun öhdəsindən gələcəklər”, - Ərdoğan əlavə edib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar