SON XƏBƏRLƏR

Türkiyə Qarabağ məsələsinin NATO-da müzakirəsini istəyir

2021.10.20, 07:36
Türkiyə Qarabağ məsələsinin NATO-da müzakirəsini istəyir

Gunaz.tv
Türkiyə Qarabağ məsələsinin NATO-da müzakirəsini istəyir shusha03.jpg "Alyans Bakının ardıcıl qərbyönümlü siyasəti müqabilində ərazi bütövlüyümüzlə bağlı müəyyən vəd verməlidir" Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıc diqqət çəkən açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ məsələsi NATO-da müzakirəyə çıxarılmalıdır. Səfir gələcək təhlükələrin qarşının alınması üçün təhlükəsizlik konsepsiyasının qəbul edilməsinin vacibliyini vurğulayıb, digər təşkilatlarla müqayisədə, təhlükəsizlik və əminamanlığın bərqərar olmasında NATO-nun daha mühüm rol oynaya biləcəyini söyləyib. Diplomat ölkəsinin Qafqazın təhlükəsizliyində, bu regionun Mərkəzi Asiya ilə daha sıx əlaqə qurmasında maraqlı olduğunu da dilə gətirib: "Türkiyə bilir ki, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ problemidir. Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli variantını dəstəkləyir". Rəvan Məmmədli NATO-nun Əməliyyatlar Bölməsinin Planlaşdırma şöbəsinin rəhbəri Dieqo Ruis Palmer isə jurnalistlərə açıqlamasında suala konkret cavab verməyib. O bildirib ki, Alyans münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesini dəstəkləyir: "NATO bu konfliktin tənzimlənməsi prosesində birbaşa iştirak etmir, ancaq biz sülh prosesini izləyir və ATƏT və BMT-nin münaqişənin həlli istiqamətindəki səylərini dəstəkləyirik". Dieqo Ruis Palmer onu da deyib ki, böhranlı vəziyyətlərlə mübarizə NATO-nun əsas vəzifələrindən biridir. Azərbaycanı NATO-nun vacib və aktiv tərəfdaşı adlandıran Əməliyyatlar Bölməsinin Planlaşdırma şöbəsinin rəhbəri ölkəmizin böyük enerji resurslarına malik olduğunu da xatırladıb: "Bu isə təhlükəsizlik baxımından vacib amildir. NATO təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlıqdan məmnundur". Bəs Dağlıq Qarabağ münaqişəsinin Alyansda müzakirəsi nə dərəcədə realdır? Belə bir müzakirə başlarsa, bu, Azərbaycana nə verər? Politoloq Qabil Hüseynli deyir ki, Türkiyə NATO-nun üzvüdür. Ona görə də Ankaranın təşəbbüsüylə bu məsələ Alyansda müzakirəyə çıxarıla bilər: "Əgər bu sözləri Türkiyənin səfiri belə əminliklə deyirsə, deməli, Ankara ilkin qaydada NATO rəhbərliyilə danışıq aparıb və məsələnin gündəliyə salınmasını razılaşdırıb". Politoloq dedi ki, indiki situasiya, Cənubi Qafqazda təzyiqləri kontekstində bu məsələnin NATO-nun gündəliyinə çıxarılması bir xeyli real görünür. Onun qənaətinə görə, bu günlərdə NATO-nun idarə rəislərinin birinin konfrans keçirməsi də onu təsdiqləyir ki, Alyans Cənubi Qafqazla və regiondakı problemlərlə daha ciddi surətdə maraqlanmağa başlayıb. Rusiyanın Azərbaycana yönəlik təzyiqləri artıq Qərbi narahat etməyə başlayıb. Bu aspektdə Qərbin Cənubi Qafqazla, xüsusən Azərbaycanla bağlı qayğıları xeyli artıb: "Ona görə də təkcə Qarabağ məsələsinin deyil, Cənubi Qafqazda yaranmış geosiyasi, hərbi-strateji vəziyyətin müzakirəsi üçün bu, bir stimul da ola bilər". Qabil Hüseynli bildirdi ki, burada daha uzağa gedən strateji niyyətlər güdülür: "Onun içərisində də Qarabağ məsələsinə yanaşma hər halda ATƏT-in Minsk qrupunun yanaşmasından fərqli ola bilər: "Ən azından əgər Rusiya ixrac qazının ona satılması müqabilində Azərbaycana Qarabağ məsələsində güzəştlər təklif edirsə, NATO da Bakının dönməz və ardıcıl qərbyönümlü siyasəti müqabilində ərazi bütövlüyümüzlə bağlı müəyyən vəd verə bilər və verməlidir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar