SON XƏBƏRLƏR

Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

2022.08.09, 09:41
Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

Gunaz.tv

Çevrə fəalları bildirib ki, "yaşıl soyqırım"ın həyata keçirilməsində yerli məsulların rolu var, onlar rüşvət qarşılığında buna göz yumurlar.

Bir müddət bundan öncə də Muğanın Quşlu bölgəsində 50-70 il arası ömrü olan minlərlə zeytun, qovaq, çinar ağacları mexaniki avadanlıq və ekskavatorla məhv edilib.

Qəribədir ki, baş verən bu ekoloji terroru Kənd Təsərrüfatı İdarəsi "ağacların qocalması və çürüməsi" ilə əlaqələndirib.

Son bir ildə Muğanda salınan yaşıllıq zolaqlarında on minlərlə ağac Kənd Təsərrüfatı İdarəsi və ona bağlı başqa qurumlar tərəfindən kəsilərək məhv edilib.

Sosial media və çevrə fəalları yaşıllıq zolaqlarının məhv edilməsi ilə bağlı videolar paylaşaraq əhalini dövlət idarəsinin yaşıl soyqırımına etiraz etməyə çağırıblar.

 

 Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar