SON XƏBƏRLƏR

İran hökuməti Muğana diqqət ayırmır: Mərkəzi Kitabxananın tikintisi yarımçıq qalıb

2021.12.01, 12:50
İran hökuməti Muğana diqqət ayırmır: Mərkəzi Kitabxananın tikintisi yarımçıq qalıb

Gunaz.tv

Abbas Cahangirzadə 2009-cu ildə Parsabad şəhərində tikintisinə başlanan Mərkəzi Kitabxananın bu günə kimi işinin yalnız 20%-nın görüldüyünü deyərək bunun əhalinin narazılığına səbəb olduğunu deyib.


O, əyalət məsullarının bölgənin mədəniyyət sahəsinə laqeyd yanaşdıqlarını qınayaraq, onların bu günə kimi yalnız vədlər verdiyini və hər hansı əməli addım atmadıqlarını qeyd edib.


“Bölgə yeniyetmələri və gəncləri mədəniyyət və incəsənət sahəsində ciddi problemlər yaşayır, mədəniyyət mərkəzlərinin olmamasından əziyyət çəkirlər.

Məsullardan bu sahədə olan çatışmamazlıqların aradan qaldırılması üçün təcili tədbirlər görmələrini tələb edirəm”-deyə, A. Cahangirzadə bildirib.


C.E 

عباس جهانگیرزاده :: خبرگزاری خانه ملت

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar