SON XƏBƏRLƏR

Muğanda ekoloji terror: Minlərlə çoxillik ağaclar kəsildi-VİDEO

2022.02.14, 20:31
Muğanda ekoloji terror: Minlərlə çoxillik ağaclar kəsildi-VİDEO

Gunaz.tv

Muğanın Quşlu bölgəsində 50-70 il arası ömrü olan minlərlə zeytun, qovaq, çinar ağacları mexaniki avadanlıq və ekskavatorla məhv edilib.

Qəribədir ki, baş verən bu ekoloji terroru Kənd Təsərrüfatı İdarəsi "ağacların qocalması və çürüməsi" ilə əlaqələndirib.

Bundan öncə son bir ildə Muğanda salınan yaşıllıq zolaqlarında on minlərlə ağac Kənd Təsərrüfatı İdarəsi və ona bağlı başqa qurumlar tərəfindən kəsilərək məhv edilib.

Sosial media və çevrə fəalları yaşıllıq zolaqlarının məhv edilməsi ilə bağlı videolar paylaşaraq əhalini dövlət idarəsinin yaşıl soyqırımına etiraz etməyə çağırıblar.

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar