SON XƏBƏRLƏR

İranda ilk uşaq bağçasını və lal-karlar məktəbini açmış azərbaycanlı pedaqoqun anım günüdür

2021.11.25, 12:18
İranda ilk uşaq bağçasını və lal-karlar məktəbini açmış azərbaycanlı pedaqoqun anım günüdür

Gunaz.tv

«Bağçaban» ləqəbi ilə tanınmış olan Mirzə Cabbar Əsgərzadə 1886-cı ildə (bəzi məlumatlara görə, 1885-ci ildə) İrəvanda anadan olub.

Azərbaycanın, bütün Qafqazın və İranın böyük alim, pedaqoq və ictimai xadimlərindən biri olan Cabbar Əsgərzadə Bağçaban öz mədəni fəaliyyətini siyası- satirik dərgilərin müxbiri və yazıçısı kimi başlayıb. 

Böyük alim ömrü boyu uşaq haqlarını müdafiə edib, xüsusilə fiziki qüsurlu lal və kar uşaqların təlim-tərbiyəsinə əmək sərf edib.  
Cabbar Bağçaban Təbriz şəhərində, İranın birinci «Dilsizlər və sağırlar məktəbi"ni (Lal-kar uşaqlar məktəbi)  qurub və ilk uşaq bağçasını təsis edib. 

O, İranda uşaq tamaşaları və kitablarının ilkin müəllifi, naşir və rəssamlarındandır. Onun ibdia etdiyi yeni təlim üsulu "tərkib metodikası" adlanıb.

Tanınmış pedaqoq əsərlərini türkcə və farsca yazıb. 

Cabbar Bağçaban qadınların azadlıq hərəkatının inkişafı yolunda böyük addımlar atıb.

Təbrizdə müəllimləri müdafiə cəmiyyətini qurub. O, müəllimlərin və ümümiyyətlə kütələnin haqqlrı uğrunda köklü mübarizə aparıb və olduqca əmək qoyubdur. 
Cabbar Bağçaban teatr cəmiyyətinin də banisidir.

O, Tehranda “Azadlıq cəbhəsi”nin üzvlərindən olan «Zəban» (dil) adlı qabaqcıl, siyasi-pedaqoji və tənqidi dərgini nəşr etdirib.
Müəllimlərin peşə həmrəyliyinə çalışan Cabbar Bağçaban dərgidə günün ictimai-siyasi çətinliklərindən bəhs edib, diktatura və müstəmləkəçilik əleyhinə kəskin yazılarla  çıxış edib.

Farsca işarə dilinin yaradıcısı olan  Cabbar Əsgərzadə Bağçaban 1966-cı ilin noyabrın 25-də Tehranda vəfat edib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar