"Bu hadisə suverenliyimizə qəsddir"-İctimai təşkilatlar terror hücumunu sərt şəkildə qınadı

27.01.2023, 19:08

İctimai təşkilatlar Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu ilə bağlı birgə Bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpusları ölkəmizin ərazisi sayılır. Səfirliyə, səfirlik əməkdaşlarına hücum Azərbaycana, onun suvereneliyinə qəsddir.

Bugün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən xain hücum da terror aktıdır, ölkəmizin inkişafını, müstəqil siyasətini, qüdrətini gözü götürməyənlərin məkrli planıdır. İrandakı səfirliyimizə qarşı edilən bu terror hücumunu şiddətlə qınayırıq. Terror hücumu nəticəsində şəhid olmuş mühafizəçimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğluna Allahdan rəhmət diləyirik.

Rəsmi Tehran Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasının tələblərinə uyğun olaraq Səfirliyin mühafizəsini etibarlı şəkildə təşkil etməli, əməkdaşlarını qorumalıydı. İranın bu öhdəliyini yerinə yetirməməsi bizdə hiddət doğurmuşdur.

Hadisədən sonra İranın rəsmi qurumlarının təmsilçilərinin ziddiyyətli açıqlamaları bizdə olan şübhələrin, hadisənin rəsmi Tehrana bağlı xüsusi xidmət orqanları tərəfindən törədilməsi fikrini gücləndirmişdir.

Biz, İranın aidiyyatı qurumlarından sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək sərt şəkildə cəzalandırılmasını tələb edirik.

Diplomatik nümayəndəliklərə, onun təmsilçilərinə qarşı hücum qəbuledilməzdir. Günahkarların layiqli cəza almasında, baş verənlərin obyektiv şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında, bu cür hadisələrlə ölkəmizdə qarışıqlı yaratmaq istəyənlərin qarşısının alınmasında Azərbaycan Respublikasının, onun aidiyyatı strukturlarının, xalqımızın yanında olduğumuzu bəyan edirik.

Bu vandal aktı törədənlər bilməlidir ki, belə alçaq üsullarla, insanlığa sığmayan hərəkətlərlə Azərbaycana təsir göstərib onu doğru yoldan çəkindirə bilməyəcəklər. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yeni reallıqlar yaradaraq regional və beynəlxalq nüfuzunu artırmaqdadır. Bundan narahat olaraq bu cür çirkin əməllər törədənlər bəd niyyətlərinə çata bilməyəcəklər. Doğma Azərbaycan Respublikası inkişaf edir və edəcək".

Bəyanatı

Hilal Təşkilatının sədri Arzuman Abdulkərimov,  Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, Milli Fikir və İnkişaf Birliyinin sədri  Anar Turan,  “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri Ceyhun Bayramlı imzalayıb.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"

2023-03-31

gun az article

Məhəmməd Əmin Rəsulzadə 31 Mart faciəsi haqqında - Nəsiman Yaqublunun təqdimatında

2023-03-31

gun az article

İran və Rusiya XİN başçıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

2023-03-31

gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30