“Bu, İranın Azərbaycana qarşı yeni təhdididir”-QHT sədri səfirliyə hücumu pislədi

27.01.2023, 15:44

“Yanvarın 27-i səhər saat 08:30-da Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücum beynəlxalq hüququn pozulmasıdır. İki nəfərin yaralanması, bir nəfərin-səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun öldürülməsi ilə nəticələnən terror hadisəsini qətiyyətlə pisləyirik”. Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. 

Gunaz.tv Quote | Gunaz article

Ötən ilin avqustunda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə edilən terror hücumunu yada salan QHT rəhbəri deyib ki, Tehranda baş verən olay təsadüfi deyil: “Londondakı səfirliyimizdəki hadisəni “Mehdinin Xidmətçiləri Birliyi” adlı qrup törətmişdi. 

Divara ərəb dilində şüarlar vurulmuş, Azərbaycanın dövlət bayrağı cırılmışdı. 

O zaman bu dini qrupun İranın hakim rejimi ilə əlaqələrinin olduğuna dair şübhələr var idi. İran tərəfi bu təkzib etsə də aydın idi ki, bu qrup və molla hakimiyyəti eyni ideologiyaya xidmət edirlər, dünyəvi dövlətə qarşıdırlar.

Azərbaycana qarşı təxribatların arxasında İranın durduğunu söyləmək üçün əlimizdə əsaslar var.

Qarabağın işğaldan azad olunması ilə bitən 44 günük Vətən müharibəsi zamanı özünün müsəlmanların hamisi adlandıran İran məscidlərimizə donuz bağlayan erməniləri dəstəklədi. 

Gizli yollarla onlara yardımlar göndərdi. 44 günlük savaşdan sonra İran dövləti Cənubi Qafqazda yaranmış yeni düzənə qarşı çıxdı. Rəsmi Tehran Azərbaycan üçün həyati əhəmiyyət daşıyan Zəngəzur dəhlizini açılmasını əngəlləyən siyasət yeritməyə başladı.

İranın silahlı qüvvələrinin generalları dəfələrlə Azərbaycanı təhdid etdilər”. 

E. Cəfərli hesab edir ki, Azərbaycan səfirliyinə edilən hücum Azəbaycana növbəti dəfə gözdağı verməyə hesablanıb: “Bununla bizi yolumuzdan döndərməyə, xüsusilə İsrail dövləti ilə əlaqələri genişləndirməkdən çəkindirməyə çalışırlar.

Ancaq bu kimi təhdidlər Azərbaycanı çəkindirə bilməz. Azərbaycan müstəqil dövlətdir, hansı  dövlətlə diplomatik münasibətlər quracağımızı biz müyyən edirik və bu seçim bizim müstəsna hüququmuzudur”.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"

2023-03-31

gun az article

Məhəmməd Əmin Rəsulzadə 31 Mart faciəsi haqqında - Nəsiman Yaqublunun təqdimatında

2023-03-31

gun az article

İran və Rusiya XİN başçıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

2023-03-31

gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30