“Bu terror aktını İran xüsusi xidmət orqanları törədib”-GAMAC bəyanat yaydı

27.01.2023, 20:20

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücumla əlaqədar bəyanat qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda deyilir: “Baş verən terror hücumu təsadüfi sayıla bilməz. 

Bundan öncə 2022-ci ilin avqustunda Azərbaynın Böyük Britaniyadakı səfirliyinə terror hücumu edilmişdi. Hadisəni İrana bağlı “Mehdinin Xidmətçiləri Birliyi” adlı qrup törətmişdi.  

Səfirliyin yerləşdiyi binanın divarına ərəb dilində şüarlar vurulmuş, Azərbaycanın dövlət bayrağı cırılmışdı. 

Bu hadisənin də axrasında İranın olduğu aydındır. Çünki İran adlanan ölkə Azərbaycanın xarici siyasət kursuna qarşıdır. 

İran generalları, İranın ali ruhaniləri  vaxtaşırı Azərbaycan Respublikasını təhdid edən bəyanatlar səsləndiriblər. 

Onların məntiqincə Azərbaycan İsraillə əlaqələr qurduğuna görə terror olunmalıdır. Bu, İran adlanan dövlətin siyasətinin məntiqi nəticəsidir. Səfirliyə hücum edən terrorçunun kimə bağlı oldğu bəlli deyil. 

Onun etnik kimliyindən asılı olmayaraq bu tipli işlər İranın xüsusi xdimət orqanlarının, “Qoç” Qrupunun əməliyyatına bənzəyir. İranda səfirliklərə hücum əməliyyatlarına ancaq İran adlanan rəhbəri Əli Xameneyinin ofisindən verilir. Amerika, Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücum zamanı da belə olmuşdu.

Biz bu hadisəyə görə, Xameneyi başda olmaqla İran rəhbərlərini ittiham edirik.

İçəri daxil olan terrorçu orada hamını qətlə yetirmək istəyirdi. Sadəcə Azərbaycan səfirliyinin əməkdaşının qəhrəmanlığı sayəsində bu mümkün olmadı.

Bəlkə də əməliyyatdan sonra onun özünü də İran xüsusi xidmət orqanları öldürəcəkdi. İran xüsusi xidmət orqanlarının razılığı olmadan kiminsə “Kalaşnikov” silahı ilə səfirliyə hücum mümkün deyil”.

GAMAC hesab edir ki, bu terror hücumu ilə İran beynəlxalq konvensiyaları pozub:

“Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının 22-ci maddəsində qeyd olunur ki, diplomatic nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər.

Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin istənilən formada pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün hər cür lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Bu o deməkdir ki, İran beynəlxalq konvensiyanı kobud şəkildə pozub”.

GAMAC bir daha bu terror hadisəsini qınayıb.

“İranın terrorçu əməllərini pisləyirik. Beynəlxaql qanunları pozan İran bu terror hücumuna görə cavab verməlidir”-bəyanatda deyilir.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. 

Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
 

Günaz.TV

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhəmməd Əmin Rəsulzadə 31 Mart faciəsi haqqında - Nəsiman Yaqublunun təqdimatında

2023-03-31

gun az article

İran və Rusiya XİN başçıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

2023-03-31

gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30