SON XƏBƏRLƏR

KİV: Lukaşenko İrana rəsmi səfərə yola düşür

2023.03.12, 20:21
KİV: Lukaşenko İrana rəsmi səfərə yola düşür

Gunaz.tv

Bu barədə prezidentin mətbuat xidmətinə yaxın “Pool of the First” Telegram kanalı məlumat yayıb.

"Ölkə başçısının təyyarsi yarım saatdan sonra Tehrana uçacaq", - məlumatda deyilir.

Bildirilir ki, iki günlük səfər çərçivəsində İran prezidenti İbrahim Rəisi, İslam Respublikasının ali dini lideri Əli Xamenei, icra və qanunvericilik orqanlarının bir sıra yüksək vəzifəli nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Tehranda keçiriləcək danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığın inkişaf etdirilməsidir, əsas diqqət isə ticari-iqtisadi əməkdaşlıq olacaq. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar