SON XƏBƏRLƏR

UKRAYNADA IRI DÖVLƏT KORPORASIYASINA VITSE-PREZIDENT AZƏRBAYCANLI TƏYIN EDILIB

2021.10.20, 07:36
UKRAYNADA IRI DÖVLƏT KORPORASIYASINA VITSE-PREZIDENT AZƏRBAYCANLI TƏYIN EDILIB

Gunaz.tv
UKRAYNADA IRI DÖVLƏT KORPORASIYASINA VITSE-PREZIDENT AZƏRBAYCANLI TƏYIN EDILIB 200806173.jpg Ukraynada Azərbaycan diasporunun nümayəndəsi İsa Əliev bu ölkənin «Ukrtransstroy» Dövlət korporasiyasının vitse-prezidenti təyin edilib. I.Əliyev «Trend News»ə bildirib ki, onun səlahiyyətinə şərq ölkələri ilə Türkmənistan, Azərbaycan, Qazaxstan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan - əməkdaşlıq daxildir. İsa Əliyev Odessa dövlət universitetinin hüquq fakultəsini bitirib. Ukraynanın hüquq-müxafizə orqanlarında çalışıb. 51 müəssisəsini birləşdirən «Ukrtransstroy» Dövlət korporasiyası Ukraynanın ən iri tikinti şirkətlrindən biridir. O, 1992 ildə Ukrayna Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Korporasiya Bolqarıstanda, Vyetnamda, Suriyada, İraqda, Finlyandiyada, Arqentinada, Gürcüstanda, Rusiyada və digər ölkələrdə tikinti işləri aparıb. Hazırda şirkət Türkmənistanda iri bir körpü tikir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar