SON XƏBƏRLƏR

Sulduzda Azərbaycan türklərinə qarşı qətliamdan 43 il ötür

2022.04.20, 12:10
Sulduzda Azərbaycan türklərinə qarşı qətliamdan 43 il ötür

Gunaz.tv

Qırğın islam inqilabı dövrünə təsadüf edir. İranda şah hakimiyyətinin devrildiyi bir vaxtda ölkədə vəziyyət gərginləşmişdi. Bundan istifadə edən kürd terrorçularının Sulduzu Azərbaycan türklərindən təmizləmək cəhdi kütləvi qətliama səbəb olub.

Kürd terrorçuları siyasi partiya adı altında İrandakı çevrilişdən istifadə edərək hərbi bazaları qarət edib və ağır-yüngül silahlarla Sulduz (Nəqədə) şəhərində toplanmağa başlayırlar. 

Onların məqsədi Azərbaycan torpaqlarının içinə nüfuz etmək, yeni torpaqlar qəsb edtmək  və “böyük Kürdüstan” yaratmaq idi. Şəhərdə yaşayan silahsız, dinc Azərbaycan türklərinin hücuma məruz qalması çox böyük itki ilə nəticələndi.
Qətliamda uşaq, qadın, qoca demədən çox sayda insan öldürüldü, cənazələri təhqir edildi. 

Təxminən 10 gün davam edən qırğına Urmu şəhərinin sonradan imam cüməsi olan Molla Həsəninin vasitəsilə hərbi qurumların Sulduza daxil olması son qoyuldu.

Qətliamda Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər də bu terror aktından ağır zərbə alaraq çox böyük itki verdi. Qətliam nəticəsində 2000-dən çox insan qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdı. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar