SON XƏBƏRLƏR

Sulduzda 13 nəfər spirtli içkidən zəhərlənib-Ölənlər var

2022.08.16, 09:54
Sulduzda 13 nəfər spirtli içkidən zəhərlənib-Ölənlər var

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərinin "Xomeyni" xəstəxanasının baş həkimi Aydın Daneşgər 13 nəfərin spirtli içkidən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yürləşdirildiyini deyib.

O, xəstələrdən ikisinin durumunun ağır olduğu üçün Urmu şəhərinə köçürüldüklərini, ancaq onların həyatlarının xilas edilə bilmədiyini söyləyib.

Daneşgr saxta spirtli içkidən zəhərlənən başqa 11 nəfərin müalicə olunduğunu, onlarda göz və böyrək zədələnmələrinin müəyyən edildiyini bildirib.  

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğu üçün gizli və qeyri-standart şəkildə evlərdə hazırlanan spirtli içkilər hər il yüzlərlə insanın zəhərlənməsinə və çox sayda vətəndaşın ölümünə səbəb olur. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar