SON XƏBƏRLƏR

Sulduzlu milli fəal Əli Hacıməhəmmədi İran məmurları tərəfindən güllələndi

2022.04.14, 22:21
Sulduzlu milli fəal  Əli Hacıməhəmmədi İran məmurları tərəfindən güllələndi

Gunaz.tv

Fəalın iş yerinə gedən məmurlar heç bir məhkəmə hökmü olmadan onu həbs etmək istəyib. Milli fəal buna etiraz etdikdə məmurlar bibər qazından istifadə edib, yanaşı Hacıməhəmmədinin ayağına iki güllə vurublar.

Güllə səsinə gələn ətrafdakı insanlar Əli Hacıməhəmmədini xəstəxanaya çatdırıb.

Üzərində cərrahi əməliyyat aparılan milli fəalın ayağındakı güllələr çıxarılıb.

Milli fəalların verdiyi məlumata görə, Əli Hacıməhəmmədi xəstəxanaya yerləşdirildikdən sonra təhlükəsizlik məmurları onun yanına gedən bütün şəxslərin foto və videolarını çəkiblər.

Qeyd edək ki, Əli Hacıməhəmmədi bundan öncə milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb, dindirilib və işgəncələrə məruz qalıb.

Sosial media fəalları Hacməhəmmədinin bankdan kredit götürən başqa bir şəxsə zamin durduğunu, ödənişin gecikdiyi üçün təhlükəsizlik məmurları onlara aid olmayan məsələdən bəhanə kimi istifadə edərək milli fəalı həbs etmək istədiklərini qeyd ediblər. 
 

Açıklama yok.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar