SON XƏBƏRLƏR

Culfada həbsxanadan məzuniyyətə çıxmış güneyli müəllimlə görüş keçirilib-VİDEO

2022.03.23, 07:48
Culfada həbsxanadan məzuniyyətə çıxmış güneyli müəllimlə görüş keçirilib-VİDEO

Gunaz.tv

“Ədalət və azadlıq istəyən müəllimlər zindandadırlar”, “müəllimin yeri həbsxana deyil”, “Lətif Ruzixah yalqız deyil” və s. məzmunlu plakatlar qaldıran müəllimlər Tehran rejiminin fəal müəllimlərə qarşı basqılarına etiraz ediblər.

Həm də Yaz bayramı münasibətilə keçirilən görüşdə azərbaycanl müəllimlər zindanda olan həmkarlarını xatırlayıb, müəllimlər barədə bəstələnmiş türkcə mahnı oxuyublar.

Qeyd edək ki, Lətif Ruzixah Şərqi Azərbaycan Müstəqil Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvüdür.

O, eyni zamanda İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurasının üzvü və Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsidir.

Culfa şəhər İnqilab Məhkəməsi 2021-ci ilin noyabr ayında “hökumətə qarşı təbliğat” ittihamı ilə Lətif Ruzixaha qarşı 7 ay həbs cəzası barədə qərar çıxarıb və azərbaycanlı müəllim fevralın 11-də Culfa şəhərinin zindanına köçürülüb.

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar