Hulusi Akar Azərbaycana gəlib

28.05.2022, 09:36

Mayın 27-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Gunaz.tv Quote | Gunaz article

Müdafiə Nazirliyindən verilən xəbərə görə, qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Adnan Özbal, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, gələcəkdə də bu istiqamətdə görülən işlərin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin, eləcə də birgə təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın xarici işlər naziri İran Prezidenti ilə görüşüb

2022-07-04

gun az article

Türkiyə XİN: Qaraqalpaqıstanda baş verənləri yaxından izləyirik

2022-07-04

gun az article

İranda məhkum sayı kəskin artıb

2022-07-04

gun az article

Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib

2022-07-04

gun az article

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

2022-07-04

gun az article

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib

2022-07-04

gun az article

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair sənəd sabah imzalanacaq

2022-07-04

gun az article

"İran Suriyada qətliam törədib"-Rəfsancaninin qızı

2022-07-04

gun az article

Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub

2022-07-04

gun az article

Alxanlı faciəsi: Zəhranın ölümündən 5 il ötür

2022-07-04

gun az article

İranda iki etnik bəluç öldürülüb

2022-07-04

gun az article

Dövlət Komitəsi 20 illiyini hərbçilərlə birlikdə qeyd etdi

2022-07-04

gun az article

İran mediası Azərbaycanı kiberhücumlarla hədələdi

2022-07-04

gun az article

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

2022-07-04

gun az article

Özbəkistan parlamenti Qaraqalpaqıstanın statusunun saxlanmasını dəstəkləyib

2022-07-04

gun az article

Ceyhun Bayramov İrana gedib

2022-07-04

gun az article

Tbilisidə aksiya davam edir, etirazçılar hökumət binasının qarşısına toplaşıb

2022-07-04

gun az article

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

2022-07-04

gun az article

Zabolda daha bir məhkum edam edilib

2022-07-04

gun az article

Xameneyinin SEPAH-dakı nümayəndəsi: “Qorxmadan əli tətikdə olan qüvvələr yetişdirilməlidir"

2022-07-04