SON XƏBƏRLƏR

"İran hökuməti növbəti dəfə etirazçılara qarşı zorakılığa əl atıb"-Human Rights Watch

2022.05.21, 04:25
"İran hökuməti növbəti dəfə etirazçılara qarşı zorakılığa əl atıb"-Human Rights Watch

Gunaz.tv

“İran hökuməti son iki həftə ərzində yenidən etirazçılara qarşı zor tətbiq edib, onlarla sinfi və ictimai fəalı həbs edib. Narazılara qarşı ölümcül silahlardan istifadə edərək onlarla şəhərdə görünməmiş zorakılığa əl ataraq xalq etirazlarını boğmağa çalışıb”-deyə, bəyanatda bildirilib.

"Human Rights Watch"-ın İran üzrə baş tədqiqatçısı Tara Sepehrifər deyib ki, İran hökuməti insan haqları pozuntularının aradan qaldırılması, narazılığın səbəblərini həll etmək yerinə tanınmış fəalları qondarma ittihamlarla həbs edib barələrində cinayət işi açır.

O, hökumətin bu vasitə ilə insan haqları müdafiəçiləri və ictimai fəalları susdurmaq, onların fəaliyyətlərini dondurmağa çalışdığını söyləyib.

Sepehrifər İran hökumətinin həbs olunanlara qarşı “düşmən ölkələrlə əlbir olmaq” ittihamları irəli sürməsini absurd adlandırıb və bunun genişlənməkdə olan xalq hərəkatlarına ictimai dəstəyin azaldılmasına cəhd kimi dəyərləndirib.

Qeyd edək ki, Human Rights Watch bundan öncə mayın 5-də yaydığı bəyanatda İran hökumətinə xəbərdarlıq edərək dinc aksiyalar zamanı saxlanılan həbsdəki müəllimləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

“İran rəsmiləri iranlıların iqtisadi və sosial hüquqlarına hörmət. Müxtəlif təşkilatlarla əməkdaşlıq etmək əvəzinə öz hüquqlarını təmin etməyə cəhd edən dinc aksiyaçıları həbs edir.

Bu hərəkətlər İranın acınacaqlı durumda olan iqtisadi vəziyyətini dəyişməyəcək”-deyə, Sepehrifər bildirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar