SON XƏBƏRLƏR

Human Rights Watch-dan İrana xəbərdarlıq: "Həbsdəki müəllimləri dərhal azad edin"

2022.05.06, 10:05
Human Rights Watch-dan İrana xəbərdarlıq: "Həbsdəki müəllimləri dərhal azad edin"

Gunaz.tv

Human Rights Watch-ın İran üzrə baş tədqiqatçısı Tara Sepehrifər İran hökumətini insan haqları pronsiplərinə əməl etməyə və hüquqlarının pozulmasına dinc yollarla etiraz edən müəllimlərin buraxılmasının vacibliyini deyib.

“İran rəsmiləri iranlıların iqtisadi və sosial hüquqlarına hörmət. Müxtəlif təşkilatlarla əməkdaşlıq etmək əvəzinə öz hüquqlarını təmin etməyə cəhd edən dinc aksiyaçıları həbs edir.

Bu hərəkətlər İranın acınacaqlı durumda olan iqtisadi vəziyyətini dəyişməyəcək”-deyə, Sepehrifər bildirib.

Qeyd edək ki, xüsusilə son aylar İranın əksər şəhərlərində müəllimlərin çox sayda etiraz aksiyaları keçirilib.

Hüquqlarının pozulmasına, əmək haqlarının azlığına etiraz edən və məhbus müəllimlərin azadlığını istəyən onlarla narazı müəllim təhlükəsizlik məmurları tərəfindən həbs olunub.  

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar